Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan dörd şəxsə minik avtomobili təqdim edilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bununla bağlı nazirlikdə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar görüş keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə başlandığını, bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib.

Ölkədə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində bu kateqoriyaya aid şəxslərin sosial ödənişləri də dəfələrlə artırılıb.

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslər həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildirib, onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

End of content

No more pages to load

RADİO