Bakıda ağır yol qəzası baş verib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə aprelin 24-ü saat 08 radələrində Sabunçu qəsəbəsinin ərazisində yerləşən körpünün altındakı keçiddə qeydə alınıb.
Paytaxt sakini 2001-ci il təvəllüdlü Ələşrəf Əliyev idarə etdiyi “Daewoo” markalı 10 TG 712 qeydiyyat nişanlı marşrut avtobusu ilə yolu keçən Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçisi paytaxt sakini 1960-cı il təvəllüdlü Firudin Hacıyevi vurub.
Xəstəxanaya yerləşdirilmiş F.Hacıyev orada ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Bizim.Media