Gəncədə qonşular arasında mübahisə sonda qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin General Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İ İlkin məlumata görə İ.İbrahimovun qonşusu tərəfindən xəsarət aldığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu