Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Balakən rayonunda qazi atasına qarşı dələduzluq hadisəsi qeydə alınıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, MMC direktoru olan 39 yaşlı qadın qazi olan gənci işə düzəltmək adı ilə onun atasından külli miqdarda pul alaraq vədini yerinə yetirməyib.
 

İttiham aktına görə, təqsirləndirilən şəxs Səlimə Bağırova (ad və soyad şərtidir) zərərçəkən Firdovsiyə (şərti ad) söz verib ki, qazi olan oğlunu 3 000 manat qarşılığında Qullar kənd 3 saylı məktəbdə gözətçi vəzifəsinə düzəldəcək.


Sonradan o, Firdovsidən 500 manat da alıb. Lakin qadın biznesmen verdiyi sözü yerinə yetirə bilməyib və pulu qaytarmayıb.

Zərərçəkənin müraciəti əsasında Səlimə Bağırova saxlanılıb və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Firodovsinin oğlunu işə düzəltməyi zərərçəkənin həmkəndlisi olan şəhid atası ondan xahiş edib.

Belə ki, Səlimə və şəhid atası bir ictimai birliyin üzvü olduqları üçün bir-birini tanıyıblar.

Səlimə Bağırova zərərçəkəndən aldığı 3 500 manatı tam ödədiyini və azyaşlı övladlarının olduğunu deyərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

Zərərçəkən şəxs bildirib ki, Qullar kənd 3 saylı məktəbinin gözətçisi mart ayında pensiyaya çıxmalı idi. Buna görə də 3-cü qrup əlil olan qazi oğlunu həmin işə düzəltmək istəyib.
 

Bunun üçün həmkəndlisi olan şəhid atasının vasitəsilə Səlimə Bağırova ilə tanış olub və onun bank kartına 3 500 manat pul göndərib. Lakin mart ayı gələndə məktəbdə gözətçi işinə başqa adamın çıxdığını görüb.


Bunu Səliməyə deyəndə, qadın bəhanə gətirərək gözətçi yeri boş qalmasın deyə həmin şəxsin müvəqqəti işə çıxarıldığını bildirib. Amma sonradan təqsirləndirilən şəxs nə pulu qaytarıb, nə də ki, zərərçəkənin oğlunu işə düzəldib.

İstintaq zamanı isə qadın zərərçəkəndən dələduzluq yolu ilə aldığı 3 500 manatı geri qaytarıb.

Məhkəmənin qərarı ilə Səlimə Bağırova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

End of content

No more pages to load

RADİO