Abituriyentlərin NƏZƏRİNƏ - Mayın 10-da...

Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır.

İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.

Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavadehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.

Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir.

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.

Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə DT və ya TC altqruplarından birini seçməlidirlər.

Sınaq imtahanında hər iki altqrupu seçməyə icazə verilmir. I qrup üzrə RK altqrupunu seçənlər riyaziyyat, fizika, kimya, Rİ altqrupunu seçənlər riyaziyyat, fizika, informatika, III qrup üzrə DT altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və ədəbiyyat, TC altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və coğrafiya fənləri üzrə imtahan verirlər.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2026-cı il aprel ayının sonunadək olan hissəsini əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Zelim Tçkayev dünya ikincisi oldu

Zelim Tçkayev dünya ikincisi oldu

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

End of content

No more pages to load

RADİO