Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə bağlı AÇIQLAMA - FOTO

Son günlər Lənkəran rayonunun “Kiçik bazar” ərazisi istiqamətində Xəzər dənizi sahilində neft qalıqları aşkar olunur. Bu barədə Azərtac-a yerli sakinlər məlumat veriblər.

Bizim.Media xəbər verir ki, mövzuya ekoloq Nazim Məmmədov münasibt bildirib.

Onun sözlərinə görə, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır:

"Hazırda Xəzər dənizinin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu cür halların baş verməsi daha çox təbii proseslərlə əlaqələndirilir".

Ekoloq qeyd edir ki, dəniz dibində yerləşən neftli layların hərəkəti, həmçinin güclü dalğaların təsiri nəticəsində uzun müddət suyun dərin qatlarında qalan neft qalıqları üzə çıxaraq sahilə qədər çata bilir.

Bununla yanaşı, mütəxəssis belə halların ekosistemə təsirinin də nəzərə alınmalı olduğunu vurğulayır.

Neft tərkibli maddələrin sahilboyu ərazilərdə toplanması dəniz canlılarının yaşayış mühitinə mənfi təsir göstərə, xüsusilə sahilə yaxın ərazilərdə yaşayan orqanizmlər üçün risk yarada bilər.

Nazim Məmmədov problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə mütəmadi təmizləmə işlərinin aparılmasını vacib hesab edir.

Eyni zamanda, davamlı monitorinqin gücləndirilməsi, vəziyyətin mütəmadi olaraq qiymətləndirilməsi və çirklənmənin dəqiq mənbəyinin müəyyənləşdirilməsi vacibdir.

Bu tədbirlər həyata keçirildiyi təqdirdə həm mövcud çirklənmənin qarşısını almaq, həm də gələcəkdə oxşar halların təkrarlanma riskini minimuma endirmək mümkündür.

Məsələ ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Xidmətin 5 saylı Lənkəran-Astara regional bölməsinin əməkdaşları artıq həmin ərazidə monitorinq aparıblar:

"Monitorinq zamanı vizual olaraq suda neft ləkələri müşahidə edilməyib. Lakin dəqiq nəticələr üçün sahildən su nümunələri götürülərək analiz olunması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analiz nəticələrinin təhlilindən sonra ictimaiyyətə məlumat veriləcək".






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Zelim Tçkayev dünya ikincisi oldu

Zelim Tçkayev dünya ikincisi oldu

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

End of content

No more pages to load

RADİO