MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

Müdafiə Nazirliyi (MN) Aprel döyüşlərinin 10 il keçməsi ilə əlaqədar bəyanat yayıb.

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib.

Bildirib ki, Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir.
 

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır.


Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.

Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi dağıldı və millətimizin qələbə əzmi yüksəlib.

Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edilib, 500-dən artıq döyüşçüsü yaralanıb.
 

İşğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçib.


Azərbaycan Ordusunun şücaəti və peşəkarlığı bu döyüşlərdə özünü göstərdi. Aprel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi olub.

Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmlənib.

Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoyub və təcrübə baxımında ordumuz üçün ciddi sınaq olub.

Xalq-dövlət-ordu birliyi naminə həmrəyliyin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşib.
 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurub.


Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alınıb, separatizmə son qoyulub, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olunub, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib. həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

“Liverpul”un futbolçusu sıradan çıxdı

“Liverpul”un futbolçusu sıradan çıxdı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Telefon və planşet uşaqların inkişafını kasıblıqdan daha çox ləngidir - XƏBƏRDARLIQ

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Zelim Tçkayev dünya ikincisi oldu

Zelim Tçkayev dünya ikincisi oldu

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

End of content

No more pages to load

RADİO