Perinatal Mərkəzdəki faciədən 7 ay əvvəl də yanğın olub - Gizlədibmişlər

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb. 

Bu iş üzrə-Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır. 

Hakim Leyla Əsgərova-Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan  imtina etmək istədiklərini deyiblər. Yazırlar ki, onlar yanğında yüngül xəsarət alasalar da burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur. 

Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbul olunmaz hesab edib: 

“Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb “yox, zərərçəkməmişik” demələri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar”-, prokuror əlavə edib.  
İttiham tərəfininin qəti mövqeyi Mehriban Abbasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb. Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: “Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?”-vəkil deyib.  

Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasiibət bildirmək düzgün deyil.  
 

Mehriban Abbasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.  


Abbasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində persinalın da günahı var. Amma prokurorluqda buna baxılamayıb. 

Vəsatət işə əlavə edilib.  Prosesin davamında ittiham aktı elan edilib. 

İttihamda deyilir ki, Mehriban Abbasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.  

Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir. 

İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda cəmi 2 nəfər olub. Bundan başqa reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda cəmi 10-22 olub. Bu da tibb cihazlarının xəstə sayından xeyli azdır.  

Ən əsası  yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasient qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib. 

İşdə önəmli məqam isə başqa məsələdir. Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş veribmiş.  

Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoymayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib. 

Bununla da gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra bir neçə körpənin ölümü ilə nəticələnən faciə baş verib. 
 

Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlıqlarına ziyan dəyib. Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər. 


Mehriban Abbasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.  

Proses yanvarın 13-də davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio: Rusiyaya uzaqmənzilli zərbələr vəziyyəti dəyişib - VİDEO

Rubio: Rusiyaya uzaqmənzilli zərbələr vəziyyəti dəyişib - VİDEO

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu

ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib - FOTO

Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

Paşinyan istefa verdi - VİDEO

Paşinyan istefa verdi - VİDEO

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTO

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTO

Alimlər balina köpəkbalıqlarının sualtı həyatını ilk dəfə kameraya çəkiblər - VİDEO

Alimlər balina köpəkbalıqlarının sualtı həyatını ilk dəfə kameraya çəkiblər - VİDEO

“Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO

“Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO

Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?

Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?

Azərbaycan əleyhinə sərt açıqlamalar verən Knyaz Həsənov Ermənistanda yeni parlamentin iclasına sədrlik edir - FOTO

Azərbaycan əleyhinə sərt açıqlamalar verən Knyaz Həsənov Ermənistanda yeni parlamentin iclasına sədrlik edir - FOTO

Ariana Qrande yeni klipində Hollivud stereotiplərinə qarşı çıxdı - VİDEO

Ariana Qrande yeni klipində Hollivud stereotiplərinə qarşı çıxdı - VİDEO

Ermənistan ərik ixracından gəlirlərinin 80%-dən çoxunu itirəcək

Ermənistan ərik ixracından gəlirlərinin 80%-dən çoxunu itirəcək

Qədim Romanı aclıqdan hansı amil xilas edib?

Qədim Romanı aclıqdan hansı amil xilas edib?

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

Qəbələ Festivlında ilk dəfə Azərbaycan kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Qəbələ Festivlında ilk dəfə Azərbaycan kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

İkram Kərimov vəfat etdi

İkram Kərimov vəfat etdi

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

End of content

No more pages to load

RADİO