“Azəriqaz”ın daha bir OYUNU - 82 yaşlı abonentə istifadə etmədiyi qaza görə niyə “borc” YAZILIB? - FOTO

Zaqatalanın Lahıc kənd sakini Maqsud Yunusov istifadə etmədiyi mavi yanacaqla bağlı ona əlavə vəsait hesablandığından şikayətçidir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala sakininin sözlərinə görə  rayon qaz istismar sahəsində onu anlamadıqlarını, əksinə yanlışlığa yol verdiyini deyirlər. 

82 yaşlı Maqsud Yunusov dörd övlad atasıdır. O, övladlarının hər birinin başqa ünvanlarda yaşadıqlarını deyir.

Noyabr ayının əvvəlində ikinci qrup əlil kimi həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhərinə müalicə üçün yollanıblar. Dediyinə görə o, mavi yanacaqla bağlı bütün ödənişləri də Sumqayıta getməzdən əvvəl ödəyibmiş. Lakin geri dönərkən qapıda  “Azəriqaz”ın yeni qəbzini görəndə təəccüblənib. 


“Noyabr ayının 5-də yoldaşımla Sumqayıta əlillər sanatoriyasına getmişəm və 20-də gəlmişəm. Biz qayıdandan sonra yəni ayın 28-də gəlib sayğaca baxdılar və 54 manat pul yazdılar. Bu, nə deməkdir? Evdə olmadığımız və kimsənin qazdan istifadə etmədiyi halda niyə pul yazılsın ki?” 

Vətəndaşın iddiası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, hər bir vətəndaşda olduğu kimi Lahıc kənd sakini Maqsud Yunusovun yaşadığı mənzildə də istifadə etdiyi mavi yanacağa görə sərfiyyat elektron qaydada qeyd edilib.

Vətəndaşın nümunəvi ödəyici olduğunu, ona göndərilən qəbzlərə əsasən vəsaitləri də vaxtlı-vaxtında ödədiyini deyən İstehsalat Birliyinin nümayəndəsi əlavə edib ki, ona debitor borcundan əlavə heç bir vəsait hesablanmayıb.


Ən son isə vətəndaşa 54 AZN qəbz göndərilib ki, bu da onların istifadə etdiyi mavi yanacağa görədir.  


Qeyd edək ki, Maqsud Yunusov ona gələn 54 manatlıq qəbzi də əvvəldən ödəyib . O, Zaqatala qaz istismar sahəsinə dəvət edilərək bir daha ödənişlə bağlı izahat verib. 










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio: Rusiyaya uzaqmənzilli zərbələr vəziyyəti dəyişib - VİDEO

Rubio: Rusiyaya uzaqmənzilli zərbələr vəziyyəti dəyişib - VİDEO

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu

ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

ABŞ bankı “Trump Organization” şirkətinin hesablarını bağladı - SƏBƏB

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib - FOTO

Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Avstraliyada kitabxanadan 150 il öncə götürülən kitab geri qaytarıldı - FOTO

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - VİDEO

Paşinyan istefa verdi - VİDEO

Paşinyan istefa verdi - VİDEO

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTO

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTO

Alimlər balina köpəkbalıqlarının sualtı həyatını ilk dəfə kameraya çəkiblər - VİDEO

Alimlər balina köpəkbalıqlarının sualtı həyatını ilk dəfə kameraya çəkiblər - VİDEO

“Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO

“Qara kabus” - Qanunsuz dövriyyənin qarşısı necə alınır? - VİDEO

Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?

Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?

Azərbaycan əleyhinə sərt açıqlamalar verən Knyaz Həsənov Ermənistanda yeni parlamentin iclasına sədrlik edir - FOTO

Azərbaycan əleyhinə sərt açıqlamalar verən Knyaz Həsənov Ermənistanda yeni parlamentin iclasına sədrlik edir - FOTO

Ariana Qrande yeni klipində Hollivud stereotiplərinə qarşı çıxdı - VİDEO

Ariana Qrande yeni klipində Hollivud stereotiplərinə qarşı çıxdı - VİDEO

Ermənistan ərik ixracından gəlirlərinin 80%-dən çoxunu itirəcək

Ermənistan ərik ixracından gəlirlərinin 80%-dən çoxunu itirəcək

Qədim Romanı aclıqdan hansı amil xilas edib?

Qədim Romanı aclıqdan hansı amil xilas edib?

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

1600 il öncə zəncirlənmiş qadın asketin qalıqları TAPILDI

Qəbələ Festivlında ilk dəfə Azərbaycan kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Qəbələ Festivlında ilk dəfə Azərbaycan kinofimlərindən musiqilər səsləndirildi - FOTO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

Ukrayna PUA-ları Samara vilayətində Wildberries anbarına zərbə endirdi - FOTO - VİDEO

İkram Kərimov vəfat etdi

İkram Kərimov vəfat etdi

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir - Viktor Vasilyev

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

"Canlı Nostradamus" yeni qlobal münaqişənin başlaya biləcəyi bölgəni açıqladı

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

Robot tozsoranlar ABŞ-da “casus” elan edildi

End of content

No more pages to load

RADİO