Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb.

ICESCO regional ofisinin Bakıda yerləşməsinin Azərbaycanın ICESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyətin diqqətini qlobal çağırışlara yönəltmək, dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyəti qeyd edilib.
 

Azərbaycanın zəngin mədəni və dini irsinin qorunması, işğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verilib.


ICESCO-nun işğaldan azad edilmiş ərazilərə həyata keçirdiyi missiyanın, habelə Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti xatırlanıb.

Nazir, həmçinin 2027-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və bu çərçivədə keçiriləcək tədbirlərə hazırlıq məsələləri, ölkəmizin İƏT sədrliyinin prioritetləri barədə qarşı tərəfə məlumat verib.
 

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri qeyd edib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO - foto 1
Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Uşakov: “Rusiya Ukrayna üzrə danışıqlarda Avropanı kimin təmsil edəcəyini müzakirə etmir” - VİDEO

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Avropada xərçənglə bağlı DİQQƏTÇƏKƏN NƏTİCƏLƏR

Bacıları bir-birindən imtina etdilər

Bacıları bir-birindən imtina etdilər

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir - FOTO

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 27 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Ukrayna münaqişəsi üzrə növbəti danışıqların tarixi AÇIQLANDI

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

Rusiya ordusu Xarkovda hipermarketə zərbə endirib - VİDEO

TƏBİB Bahadur Rzayevə həvalə olundu

TƏBİB Bahadur Rzayevə həvalə olundu

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayının qəbul CƏDVƏLİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsuluna ittiham aktı ELAN EDİLDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Millimizin növbəti rəqibi MÜƏYYƏNLƏŞDİ

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Putin: “Azərbaycan Rusiyanın sabit və yaxşı tərəfdaşıdır”

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Əmək Məcəlləsində dəyişiklik ediləcək - Parlamentin plenar iclasının gündəliyi

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Məişət zorakılığı nəticəsində öldürülən yeniyetmələrin hamısı qızlardır – STATİSTİKA

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

Dünyanın ən bahalı tablosunu Leonardo da Vinçi deyil, tələbəsi çəkib?

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

2030-cu ilədək Yalama, Minçivan və Astara istiqamətlərində sərnişin qatarları bərpa ediləcək - VİDEO

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçdi

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Siyəzəndə qətl törədən şəxs yenicə azadlığa çıxıbmış...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Trampa qarşı YENİ İTTİHAM: “Miss İsveçrə” müsabiqəsinin keçmiş iştirakçısı...

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Milli məfkurə, suverenlik və güclü dövlət-Yad təsirlərə qarşı Azərbaycançılıq ideologiyasının TƏNTƏNƏSİ

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO