Siyasət
Bu gün 18:34

Çinin “CRRC Zhuzhou Locomotive” şirkətindən alınacaq yeni qatarlar ADY-nin sərnişindaşıma coğrafiyasının genişləndirilməsinə imkan verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ADY (Azərbaycan Dəmir Yolları) yayıb.
Qatarların parka daxil edilməsi sayəsində resursların artması ilə 2030-cu ilədək mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərinə müntəzəm sərnişindaşıma xidməti təşkil ediləcək.
Həmçinin, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı–Xankəndi sərnişin qatarı da istifadəyə veriləcək.
Bizim.Media