Siyasət
Bu gün 18:34

Siyəzəndə qətl törətmiş 35 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev barədə bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Naqil Ağamalıyev 8 günlük inzibati həbs cəzasını çəkib yenicə azadlığa çıxıbmış.
İki dəfə evlənib boşanan N.Ağamalıyev qohumu, 44 yaşlı Xəyalə Məmmədağa qızı Ağamalıyevanı qəsdən öldürdüyünə görə Siyəzən Polisi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Qətlin tam başvermə səbəbləri Siyəzən Rayon Prokurorluğunun araşdırmalardan sonra məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu