
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, cinayət işi üzrə Rusiya vətəndaşı Anton Zayatsa 191 min manatdan çox ziyan dəyib.
İttihamda qeyd olunub ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa Sankt-peterburq şəhərində 6 sot torpaq sahəsini hərrac yolu ilə onun adına keçirəcəyinə dair vəd verib.
İstintaq matreallarına görə, Sultan Qasımov həmçinin digər zərərçəkmiş Azərbaycan vətəndaşı Faiq Mikayılovdan 10 min 200 manat alıb. Bunun müqabilində zərərçəkmiş şəxsin Hindistandan gələrkən gətiridiyi qızıl-zinət əşyalarının gömrük nəzarətindən keçirilməsini həll edəcəyini deyib. Amma o, vədinə əməl etməyib.
İttihama münasibət bildirən Sultan Qasımov özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin olunub.
Qeyd edək ki, onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırma aparılıb.
Cinayət işi üzrə zərərçəkənlərə 200 min manatdan çox ziyan dəydiyi, ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənildiyi bildirilir.
Sultan Qasımov Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, Sultan Qasımov Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulu olub. O, 2024-cü ilin oktyabr ayında bu vəzifədən geri çağırılıb.
Bizim.Media