
Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.
Məlumata görə, yığmamız oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub komandalar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək.
Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq. Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.
Bizim.Media