İdman
Bu gün 20:25

“Rusiya tərəfi Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Avropanı kimin təmsil edəcəyini hələlik nəzərdən keçirmir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “İzvestiya” qəzetinin müxbiri İqor Baldinə açıqlamasında bildirib.
Uşakovun sözlərinə görə, bu məsələ danışıqların daha sonrakı mərhələlərində həll olunacaq.
O, həmçinin ABŞ tərəfi ilə dialoqun işgüzar tempdə davam etdiyini və noyabrda keçirilməsi planlaşdırılan üçtərəfli danışıqların müəyyən edilmiş tarixinə doğru irəlilədiyini vurğulayıb.
Bizim.Media