İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.

Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.

Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 1
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 2
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 3
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 4
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 5
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 6
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 7
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 8
İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 9

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 10

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 11

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 12

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 13

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 14

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 15

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 16

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 17

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 18

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 19

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO - foto 20
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

End of content

No more pages to load

RADİO