
Belarus Prezidenti Aleksandr Lukaşenko təklif edib ki, sovet dövrünün iqtisadi əməkdaşlıq modelində olduğu kimi Rusiyanın bir sıra regionlarının təchizatı Belarusun öhdəliyinə verilməlidir.
Bizim.Media xəbər verir ki, Lukaşenko Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşündə Belarusun Kalininqrad, Sankt-Peterburq, Moskva vilayəti və qismən Moskvanın təchizatına cavabdeh olduğu sovet təcrübəsinin bərpasını gündəmə gətirib.
O, Belarusun Sankt-Peterburq və Leninqrad vilayəti ilə əməkdaşlığını nümunəvi adlandırıb.
Lukaşenko bildirib ki, Belarus maşınqayırma, liftlərin təmiri və ərzaq təchizatı sahələrində Rusiyanın regionlarına dəstək göstərməyə hazırdır. O, ölkəsinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
Bizim.Media