Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, qlobal problemlərin həllinə yanaşmasını və son 35 ildə qazandığı siyasi təcrübəni bir daha nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forumun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə təkcə mədəniyyətlərarası münasibətlərin deyil, beynəlxalq siyasətin fundamental problemləri haqqında mesajları özündə əks etdirib.

Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri ikili standartların aradan qaldırılması ilə bağlı çağırışdır. Prezidentin “İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır” fikri beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin təmin edilməsinin vacibliyini ifadə edir.

İkili standartlar müharibələrin əsas səbəblərindən biridir

Müasir dünyada müharibələrin yaranma səbəbləri müxtəlif olsa da, onların bir qismi özünü üstün hesab etmək, başqa xalqların hüquqlarına hörmətsizlik, təcavüzkar siyasət və cəzasızlıq mühitindən qaynaqlanır. Beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi isə bu problemləri daha da dərinləşdirir.

Bir dövlətin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək üçün kifayət qədər siyasi iradə nümayiş etdirən beynəlxalq aktorların digər dövlətlərin eyni hüquqlarına münasibətdə fərqli mövqe tutması beynəlxalq praktikada adi hala çevrilib. Belə yanaşma təcavüzkar tərəfdə məsuliyyətdən yayınmaq, işğal olunmuş əraziləri uzun müddət nəzarətdə saxlamaq və mövcud vəziyyəti dəyişdirməmək düşüncəsini gücləndirir.

Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalması, torpaqlarımızın işğal edilməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin uzun illər icrasız qalması bu baxımdan səciyyəvi nümunədir. Otuz ilə yaxın müddətdə beynəlxalq hüququn tələbləri yerinə yetirilmədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün qəbul edilmiş qətnamələr kağız üzərində qaldı. Nəticədə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar işğalın aradan qaldırılmasını təmin edə bilmədi.

Azərbaycanın təcrübəsi göstərdi ki, beynəlxalq hüququn prinsipləri yalnız bəyanatlarda səsləndirildikdə, onların həyata keçirilməsi üçün real mexanizmlər olmadıqda, münaqişələr uzun illər davam edə bilər. Belə vəziyyət isə yalnız münaqişə tərəflərinə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə zərər vurur.

BMT-nin uğursuzluğu və beynəlxalq sistemin məsuliyyəti

Azərbaycanın üzləşdiyi problemlər beynəlxalq təşkilatların, xüsusilə BMT-nin münaqişələrin qarşısının alınması və həlli sahəsindəki fəaliyyətinin effektiv olmadığının əyani sübutudur.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər icra olunmaması beynəlxalq sistemin ən ciddi problemlərindən birini üzə çıxardı. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin mövcudluğu problemin sülh yolu ilə həllinə heç bir töhfə vermədi. Onların həyata keçirilməsini təmin edəcək təsirli mexanizmlərin olmaması beynəlxalq hüququn praktik gücünü məhdudlaşdırdı.

Prezident İlham Əliyev sentyabrın 1-də BMT Baş katibi A.Quterreşin də iştirak etdiyi ŞƏT-in iclasında  sözügedən məsələyə diqqət çəkmişdi.

Bişkekdəki çıxışında Dövlətimizin başçısı bildirmişdi ki, BMT həmin qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib.

Dövlət başçısının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanmasına dair çağırışı da məhz bu təcrübədən irəli gəlir. Belə mexanizmlərin yaradılması yalnız Azərbaycanın üzləşdiyi problemin təkrarlanmaması üçün deyil, gələcəkdə digər münaqişələrin qarşısının alınması baxımından da vacibdir.

35 ildə qazanılan nüfuz və müstəqil siyasətin nəticələri

Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu təsadüfi proses deyil. Müstəqilliyin bərpasından ötən 35 ilə yaxın müddətdə ölkəmiz ciddi siyasi, iqtisadi və institusional inkişaf yolu keçib. Dövlət quruculuğunun möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional və qlobal mövqelərini gücləndirib.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” fikri bu inkişafın siyasi mahiyyətini ifadə edir.

Dövlət başçısının sözlərinə görə, beynəlxalq təmaslar Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarını, inamını və hörmətini qazanan tərəf olduğunu göstərir.

Bu mövqenin əsasını isə Azərbaycanın öz milli maraqlarına uyğun siyasət yürütməsi, müxtəlif dövlətlərlə əməkdaşlıq qurması və beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etməsi təşkil edir.

Müstəqil siyasət yürütmək yalnız siyasi bəyanatlar vermək deyil, həm də həmin mövqeyi həyata keçirmək üçün iqtisadi imkanlara, institusional potensiala və diplomatik iradəyə malik olmaq deməkdir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu potensialın göstəricisidir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyalar, dinlər və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Bu platforma Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqində oynadığı rolu nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq əməkdaşlıq üçün yaratdığı imkanları da önə çıxarır.

Azərbaycanın beynəlxalq nüfuzunun yaratığı imkanlar

Azərbaycanın beynəlxalq nüfuzunun artması müxtəlif siyasi və regional platformalarda iştirakında da özünü göstərir. Ölkənin İslam dünyası ilə münasibətləri, beynəlxalq təşkilatlarda fəallığı və müxtəlif dövlətlərlə əməkdaşlığı onun xarici siyasətinin mühüm istiqamətləridir.

Gələn il İslam Əməkdaşlıq Təşkilatının sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasındakı mövqeyini və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirmək baxımından əhəmiyyətli hadisə olacaq. Bu, Azərbaycanın müsəlman ölkələri arasında dialoqun, həmrəyliyin və ortaq maraqların təşviqinə verdiyi töhfənin təqdimatı üçün də mühüm imkandır.

Bununla paralel, son dövrlərdə keçirilən beynəlxalq sammitlər, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə görüşü çərçivəsində nümayiş etdirilən diplomatik fəallıq Azərbaycanın qlobal gündəlikdə iştirakının genişləndiyini göstərir. 2028-ci ildə Avropa Siyasi Birliyinin tədbirinin Azərbaycanda keçirilməsinin nəzərdə tutulması da ölkənin müxtəlif siyasi platformalar arasında dialoq qurmaq imkanlarını ön plana çıxarır.

Belə tədbirlərin təşkili üçün yalnız müasir infrastruktur deyil, həm də siyasi sabitlik, diplomatik etimad və beynəlxalq tərəfdaşlarla işləmək təcrübəsi tələb olunur. Azərbaycanın malik olduğu bu imkanlar ölkəmizin beynəlxalq tədbirlər üçün cəlbedici məkana çevrilməsinə şərait yaradır.

Ümumilikdə isə Azərbaycanın təcrübəsi göstərir ki, sülh yalnız xoş niyyət bəyanatları ilə qurulmur. Bunun üçün ədalət, qarşılıqlı hörmət, məsuliyyət və siyasi iradə lazımdır. Beynəlxalq sistem bu prinsipləri bütün dövlətlərə münasibətdə eyni qaydada tətbiq edə bildiyi təqdirdə münaqişələrin qarşısının alınması və davamlı sülhün təmin olunması istiqamətində real nəticələr əldə edə bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Salyanda ailə münaqişəsində xəsarət alanların SON DURUMU

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Qəzada xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Finlandiya və Norveç liderləri Putinlə DANIŞDI – Nələr müzakirə edildi?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

Xəzər dənizinin suyunun içməli suya çevrilməsi işləri nə yerdədir?

End of content

No more pages to load

RADİO