
Çində süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin ümumi bazar dəyəri son dörd ayda 480 milyard dollar azalıb.
Bizim.Media xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, neyron şəbəkələri və yarımkeçirici bazarının aparıcı şirkətlərini birləşdirən STAR50 indeksinin səhmləri bu müddətdə 40 faiz ucuzlaşıb.
Bunun əsas səbəblərindən biri süni intellekt şirkətlərinin həddindən artıq yüksək qiymətləndirilməsi olub. Fərdi investorların fəallığı əvvəlcə səhmlərin bahalaşmasına səbəb olsa da, hazırda bazardakı təzyiqi artırır.
Xüsusilə robot və mikrosxem istehsalçıları ciddi itkilərlə üzləşiblər. Analitiklər Çində süni intellekt bazarının həddindən artıq sürətlənməsinin ABŞ-dakından daha çox olduğunu bildirirlər.
“Reuters” qeyd edir ki, baş verənlər Pekinin sabit fond bazarı yaratmaq və yüksək texnologiyalı sahələrə investisiyalar cəlb etmək planlarına ciddi zərbə vurub.
Bizim.Media