Dünya
Bu gün 15:35

Kür çayının səviyyəsinin son illər enməsi müşahidə olunmur.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.
Onun sözlərinə görə, su ehtiyatlarının idarə olunması, su anbarlarının doldurulması və boşaldılması, eləcə də Kür çayına suyun buraxılması ilə bağlı gündəlik hesabatlar hazırlanır və aidiyyəti üzrə təqdim olunur. Bu işlər Prezident tərəfindən yaradılmış Su Komissiyasının xüsusi nəzarəti altındadır.
Akif Quliyev qeyd edib ki, bir neçə il əvvəl Kür çayının səviyyəsinin enməsinin səbəblərindən biri ekoloji tarazlığın pozulması və yağıntıların az olması olub.
Alçina Amilqızı, Bizim.Media