Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək bu təqaüdə layiq görülüblər.

Görüşdə tələbələr əldə etdikləri uğurlar münasibətilə Şirkətlər Qrupu adından təbrik olunublar. Bildirilib ki, onların əzm və zəhməti ilə qazandıqları nailiyyət ailələri ilə yanaşı, böyük “Veysəloğlu”ailəsi üçün də qürur mənbəyidir. Gənclər və onların valideynləri bu uğura aparan yol barədə fikirlərini bölüşüblər.

Bizim.Media xəbər verir ki, görüşdə Aydın Veysəloğlu gəncləri təbrik edərək onların əldə etdikləri yüksək nəticələrdə şəxsi qabiliyyət və zəhmətlə yanaşı, məktəbin və ailənin də mühüm rol oynadığını bildirib:

“Həyatda uğur qazanmaq üçün böyük şansınız, eyni zamanda böyük məsuliyyətiniz var. Sizin kimi yüksək nəticə əldə etmiş gənclərin sayı ölkəmizdə çox deyil. Qarşıda sizi universitet həyatı və gələcək karyera gözləyir. Dayanmaq olmaz. Bu gün dünya ölkələri arasında rəqabətdə ixtisaslı kadrlara sahib olmaq çox önəmlidir. İnsan kapitalı böyük dəyər daşıyır.

Çalışın ki, əldə etdiyiniz nəzəri bilikləri təcrübə ilə birləşdirəsiniz, ixtisasınıza uyğun fəaliyyət göstərən şirkətlərlə daim əlaqədə olasınız. Bu, bilik və bacarıqlarınızı gələcəkdə uyğun sahələrdə tətbiq etməyinizə kömək edəcək. Valideynləriniz sizin uğurlarınıza necə sevinirlərsə, mən də bir o qədər sevinirəm. Bu uğurunuzla bağlı şəxsi sosial şəbəkə hesablarımda da paylaşım etmişəm”.

Prezident təqaüdünə layiq görülən gənclərdən Hüseyn Seyidov 689,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov “Veysəloğlu Qrup” MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.

Aylin Nəbiyeva 667,4 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev “Veysəloğlu” MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.

Əli Umudov 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova “OBA Market” MMC-də satıcı-kassir vəzifəsində çalışır.

Xəyal Xasməmmədli isə 659,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov “Araz Supermarket” MMC-də administrator vəzifəsində çalışır.

Tədbirin sonunda Prezident təqaüdçülərinə Şirkətlər Qrupu adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, builki ali məktəblərə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunda çalışan ümumilikdə 16 əməkdaşın övladı 600-dən çox bal toplayıb.

 

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 1
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 2
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 3
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 4
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 5
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 6
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Emin Hüseynov: “Xocəvəndin 78,32 faizi hələ də minalardan təmizlənməyib”

Emin Hüseynov: “Xocəvəndin 78,32 faizi hələ də minalardan təmizlənməyib”

Salyanda dəhşətli qətl törədən ŞƏXS TUTULDU

Salyanda dəhşətli qətl törədən ŞƏXS TUTULDU

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

End of content

No more pages to load

RADİO