
“Həkəriçay üzərində tikiləcək ümumi həcmi 100 milyon kubmetr olan anbarın 90 milyon kubmetri faydalı həcmdir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının bərpası ilə bağlı planlardan danışan rəsmi nümayəndə qeyd edib ki, 11 iyul 2026-cı ildə Prezidentin iştirakı ilə Laçın rayonu ərazisində Həkəriçay üzərində tikiləcək su anbarının təməli qoyulub:
“172 kilometrlik magistral xətt vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarının, ümumilikdə 700 minə yaxın əhalinin içməli su ilə təmin edilməsi nəzərdə tutulur. Həmçinin magistral xətt üzərində gücü 10,8 meqavat olan su elektrik stansiyasının tikintisi də planlaşdırılır”.
A.Quliyev bildirib ki, hələlik Bərgüşad su anbarı ilə bağlı sənədləşmə işləri aparılır.
Alçina Amilqızı, Bizim.Media