Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
 

Məlumata görə, Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən "Piyada əleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi" adlı qətnamə qəbul edilib.


Qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub və sənəd səsvermə keçirilmədən qəbul edilib.

Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib, habelə mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində çıxış edib.

Dünyada mina ilə ən ciddi şəkildə çirklənmiş ölkələrdən biri olan Azərbaycan piyada əleyhinə minaların yaratdığı kəskin problemdən əziyyət çəkir.

Piyada əleyhinə minalar və partlamamış hərbi sursatlar insan hüquqlarından tam istifadəyə uzunmüddətli və ağır təsir göstərməklə, zərərçəkənlərin, onların ailə üzvlərinin həyatına ciddi fəsadlar törədir. Bu baxımdan, qətnamədə zərərçəkənlərə yardım məsələsinə xüsusi diqqət yetirilməsini alqışlayırıq.

Mina fəaliyyəti davamlı sülhün təməl elementlərindən biridir və münaqişədən sonrakı bərpa prosesində mühüm rol oynayır. Mina təmizlənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaqla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərin və icmaların bərpasına, habelə sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir.
 

Qətnamədə mina fəaliyyəti, sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması arasında qarşılıqlı əlaqəyə mühüm diqqət yetirilməsini təqdir edirik.


Mina təmizlənməsi, həmçinin iqlimlə bağlı risklərə daha səmərəli uyğunlaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qətnamənin insan hüquqları kontekstində mina fəaliyyəti ilə iqlim risklərinə uyğunlaşma arasındakı əlaqəyə dair anlayışın formalaşdırılması və dərinləşdirilməsinə töhfə verməsini vacib hesab edirik.

Minaların törətdiyi itkilərin miqyası, xüsusilə mina fəaliyyəti və zərərçəkənlərə yardım üçün daha güclü beynəlxalq dəstəyin, tərəfdaşlıqların və davamlı maliyyələşmənin səfərbər edilməsinin vacibliyini bir daha nümayiş etdirir.
 

Bu baxımdan, BMT İnsan Hüquqları Şurasının üzv dövlətləri mina təmizlənməsi və zərərçəkənlərə yardım üçün maliyyələşməni artırmağa, o cümlədən alternativ maliyyələşdirmə mənbələrindən və dövlət-özəl tərəfdaşlıqlardan istifadə etməyə çağırmasını alqışlayırıq.


Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın, həmrəyliyin və davamlı dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır və mina fəaliyyətinin insan hüquqlarının qorunması, davamlı sülh və inkişafın təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Zelim Tçkayev dünya ikincisi oldu

Zelim Tçkayev dünya ikincisi oldu

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Tanınmış futbolçu karyerasını başa vurdu

Tanınmış futbolçu karyerasını başa vurdu

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

End of content

No more pages to load

RADİO