Türkiyənin Fəthiyə kurortunda paraplanla uçuş həyata keçirərkən həlak olan turist rusiyalı idmançı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat yayıb.
Bildirilib ki, hadisə Fəthiyə ərazisində baş verib. Rusiyalı idmançı paraplanla uçuş zamanı qəza keçirib və həyatını itirib.
Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
İdmançı Aleksandr K. təcrübəli ekstremal idman həvəskarı olub. Moskva sakini olan Aleksandr çoxsaylı paraşüt atlayışları həyata keçirib, motosiklet, snoubord və xizəklə də məşğul olub. O, Rusiyada və xaricdə tez-tez səyahət edib, sosial şəbəkələrdə idman uğurlarını paylaşıb.
Bizim.Media