Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana keçən azərbaycanlı hərbçinin diversant olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Papikyan bunu parlamentdə hökumət saatı zamanı deyib.
Nazirin sözlərinə görə, hadisə ilə bağlı ətraflı məlumat xidməti araşdırma və istintaq tədbirləri başa çatdıqdan sonra təqdim ediləcək.
Onun sözlərinə görə, Ermənistanın səlahiyyətli orqanları sərhədin mümkün pozulmasından xəbər tutduqda qanunla müəyyən edilmiş tədbirlər, o cümlədən axtarış işləri həyata keçirilib.
Papikyan qeyd edib ki, azərbaycanlı hərbçi saxlanılarkən müqavimət göstərməyib. Onun sözlərinə görə, bu, hərbçinin diversant olmadığının göstəricisidir.
Bizim.Media