Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazir çıxışında artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.
 

Çıxışda MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən bəhs edən nazir 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə çatdırıb.


Eyni zamanda Azərbaycanda keçirilmiş III MDB Oyunları və Laçın şəhərində "2025-ci il MDB-nin Mədəniyyət paytaxtı" çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək edəcəyi bildirilib.

Sonda Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib. Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində uğurlar arzulanıb və Azərbaycan tərəfinin qarşıya qoyulan vəzifələrin həllində lazımi dəstəyi göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin bir sıra qarşılıqlı maraq doğuran çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir sıra qərar layihələri nəzərdən keçirilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Tanınmış futbolçu karyerasını başa vurdu

Tanınmış futbolçu karyerasını başa vurdu

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

End of content

No more pages to load

RADİO