ABŞ-nin Tennessi ştatında zəhərli inyeksiya yolu ilə edamdan sağ çıxmış Krista Payk (Christa Pike) xəstəxanada müalicə olunarkən huşunu bərpa edib və danışmağa başlayıb.
Bizim.Media xəbər verir ki, iki doza pentobarbital qəbul etməsinə baxmayaraq sağ qalması Paykın vəziyyətini tibbi baxımdan misli görünməmiş bir hal edir.
50 yaşlı Payk iki doza pentobarbital yeridiləndən sonra xırıltılı səslər çıxarıb huşu getsə də sağ qaldığına görə vəkillərin təkidi ilə xəstəxanaya qaldırılmışdı. Günlərlə şüuru qapalı şəkildə xəstəxanada qaldıqdan sonra danışmağa başlayıb.
Ekspertlər qeyd ediblər ki, uğursuz edam cəhdindən sonra Paykın qollarında ciddi toxuma zədələnməsi baş verib və onu uzun, çətin bir sağalma prosesi gözləyir.
Tennessi ştatının qubernatoru Bill Li ilin sonuna qədər ştatda bütün edamları dayandırıb.
Xatırladaq ki, 50 yaşlı qadın 18 yaşındaykən törətdiyi qətlə görə edam cəzası almışdı. 19 yaşındaykən qərar icra edilməyinə bir neçə saat qalmış psixi problemlərinə və uşaq vaxtı cinsəl istismara məruz qaldığı üçün qərar təxirə salınıb. 31 il edamını təkadamlıq hücrədə gözləyən qadını keçən həftə edama göndərmişdilər.
Bizim.Media