Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum təşkil olunub.

Bizim.Media xəbər verir ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının  nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun yeni formaları, peşə hazırlığı, süni intellekt dövründə işçilərin əmək hüquqları və sosial müdafiəsi, dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının rolu müzakirə olunub.
 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan “Avtomatlaşdırma və məşğulluq. Ədalətli keçid” panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin vacibliyini diqqətə çatdırıb.


Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə işləməsinə xidmət etməlidir.

Konfederasiya sədri bildirib ki, Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir.

Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Strategiyanın həyata keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Tədbirdə süni intellekt dövründə həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal transformasiyanın yaratdığı dəyişikliklər, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil, saxlanılarkən müqavimət göstərməyib”

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil, saxlanılarkən müqavimət göstərməyib”

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Bakıda 10 minə maral başı satılır

Bakıda 10 minə maral başı satılır

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO