Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib - FOTO -VİDEO

Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 63-cü sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib.

Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyi, “Universal İnsan Hüquqları” təşkilatı və Əlcəzair tərəfindən birgə təşkil olunan “Sağ qalmaqdan ötəsi - ləyaqətin bərpası və hüquqların geri qaytarılması” mövzusunda tədbirdə Əlcəzair, Mozambik və Uqandanın daimi nümayəndələri, BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Nümayəndəlikdən Bizim.Media-ya bildiriblər ki, Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli tədbirdə çıxış edib.

O, Azərbaycanın mina təhlükəsinin ağır nəticələri ilə üzləşən ölkələrdən biri olduğunu bildirib, minaların insanların həyatına, sağlamlığına və fundamental hüquqlarının həyata keçirilməsinə uzunmüddətli təsirlərindən danışıb.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın mina qurbanlarının fundamental hüquqlarının bərpası məqsədilə hələ 2024-cü ildə xüsusi təşəbbüslə çıxış etdiyinə diqqət çəkib və bunun nəticəsində 2025-ci ildə İHŞ-də “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri” adlı qətnamənin qəbul edildiyini bildirib.

Diplomat qeyd edib ki, artıq mina qurbanlarının hüquqlarının tanınmasından onların praktik təminatına keçilməsi istiqamətində yeni qətnamənin qəbuluna ehtiyac var.

Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkən natiq mina qurbanlarının ehtiyaclarının qarşılanması istiqamətində praktik mexanizmlər təklif edib.
 

“Mina partlayışından sağ çıxmaq yalnız ilk addımdır. Əsl ədalət sağ qalanların sadəcə mövcud olmaqla kifayətlənməyib firavan yaşamaq üçün lazımi imkanlara malik olmalarını təmin etmək deməkdir”, - deyə E.İskəndərov qeyd edib.


Daha sonra tədbirdə çıxış edənlər Azərbaycanın BMT-nin Minalardan Təmizləmə Fəaliyyətinə Yardım üzrə Könüllü Etimad Fonduna töhfələrin, eləcə də qurbanların tibbi və psixoloji reabilitasiyasına və sosial-iqtisadi reinteqrasiyasına dəstəyin artırılması ilə bağlı təkliflərini dəstəkləyiblər.

Çıxışlarda mina çirklənməsi, iqlim dəyişikliyi və insan hüquqları arasındakı qarşılıqlı əlaqəyə də diqqət yetirilib.

Müzakirə iştirakçıları İHŞ-də bu mövzuda hazırlanan yeni qətnamədə qeyd edilən təkliflərin əks olunmasına çağırıblar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - FOTO

Prezidentin sosial hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - FOTO

Sumqayıtda ərini bıçaqlayan qadınla bağlı bəzi DETALLAR

Sumqayıtda ərini bıçaqlayan qadınla bağlı bəzi DETALLAR

Bilgəhdə 2 nəfər dənizdə nəzarətsiz ərazidə batdı

Bilgəhdə 2 nəfər dənizdə nəzarətsiz ərazidə batdı

Şamaxıda Üzüm və Şərab Festivalı başladı – FOTO/VİDEO

Şamaxıda Üzüm və Şərab Festivalı başladı – FOTO/VİDEO

Polis 40 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis 40 kiloqramdan çox narkotik vasitə aşkarladı

Azərbaycanda 23 modul və konteyner tipli məktəb binası quraşdırılacaq

Azərbaycanda 23 modul və konteyner tipli məktəb binası quraşdırılacaq

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - VİDEO

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - VİDEO

Formula 1-ə görə Bakı aeroportu gücləndirilmiş iş rejiminə KEÇİR - FOTO

Formula 1-ə görə Bakı aeroportu gücləndirilmiş iş rejiminə KEÇİR - FOTO

Göygölə dolu yağdı - FAKTİKİ HAVA

Göygölə dolu yağdı - FAKTİKİ HAVA

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib - FOTO -VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib - FOTO -VİDEO

Premyer Liqa klubu Ronaldonu geri qaytardı

Premyer Liqa klubu Ronaldonu geri qaytardı

24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO

Bakıda qadın turisti oteldə qarət etdi

Bakıda qadın turisti oteldə qarət etdi

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat etdi

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat etdi

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Uzun illər sonra efirə qayıdır

Uzun illər sonra efirə qayıdır

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

End of content

No more pages to load

RADİO