Qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bugün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılardan G. Cəfərova daha sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media