24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

1980-ci illərin sonunda Qarabağda alovlanan separatizm bəlası 1990-cı illərin əvvəlində savaşa çevrildi. Xarici qüvvələrin dəstəyindən istifadə edən Ermənistan Azərbaycan ərazilərinə qarşı təcavüzə başladı. Bu təcavüz təkcə torpaqlarımızın işğalı ilə nəticələnmədi. Ölkənin ərazi bütövlüyü pozuldu, yüz minlərlə insan doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi. 

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qərarların icrası təmin edilmədi.

Beləliklə, beynəlxalq mexanizmlərin fəaliyyətsizliyi nəticəsində münaqişə illərlə dondurulmuş vəziyyətdə qaldı. ATƏT-in Minsk Qrupunun fəaliyyəti də işğalın aradan qaldırılması yerinə, status-kvonun qorunub saxlanılmasına hesablanmışdı.

Bütün bunlara baxmayaraq, Azərbaycan uzun müddət problemin sülh yolu ilə həllinə çalışdı. Lakin qarşı tərəfin danışıqlar prosesini nəticəyə aparmaq əvəzinə vaxt qazanmağa çalışır, işğalın davam etdirmək üçün min oyundan çıxırdı.

Danışıqlar masasından döyüş meydanına

2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın danışıqlar xəttində ciddi dəyişikliklər baş verdi. Yeni hakimiyyət danışıqların əvvəlki məzmununu qəbul etmədiyini nümayiş etdirir, prosesin formatına dair yeni yanaşmalar irəli sürürdü.

2019-cu ilin avqustunda Paşinyanın Xankəndinə səfəri zamanı səsləndirdiyi “Qarabağ Ermənistandır – nöqtə” bəyanatı isə vəziyyəti daha da kəskinləşdirdi. Bu ifadə Azərbaycanın işğal edilmiş ərazilərinə dair Ermənistan rəhbərliyinin mövqeyini açıq şəkildə ortaya qoydu.

Prezident İlham Əliyevin buna cavabı isə Azərbaycanın mövqeyini lakonik şəkildə ifadə etdi: “Qarabağ Azərbaycandır – nida işarəsi!”

Bununla artıq söhbət yalnız diplomatik fikir ayrılığından getmirdi. Ermənistanın yeni hakimiyyəti işğal faktını möhkəmləndirən siyasi xətt ortaya qoyur, Azərbaycan isə bununla barışmayacağını açıq şəkildə bildirirdi.

Üstəlik, 2019-cu ilin fevralında Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə, yeni ərazilər” yanaşmasını səsləndirməsi İrəvanın hərbi planlar qurduğunu açıq şəkildə ortaya qoydu. 2020-ci ilin yayında isə gərginlik yeni mərhələyə keçdi.

Tovuzdan başlayan sonuncu təhlükəli ssenari

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat regionda vəziyyəti daha da gərginləşdirdi.

Tovuz döyüşləri Azərbaycanın strateji əhəmiyyətli ərazilərinə qarşı təhlükənin yalnız Qarabağ istiqaməti ilə məhdudlaşmadığını göstərdi. Ermənistanın müxtəlif hərbi və siyasi addımları, yeni mövqelər yaratmaq cəhdləri, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti və təxribatçı bəyanatları artıq yeni müharibə riskini artırırdı.

Və nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatından sonra Azərbaycan Vətən müharibəsinə başladı.

44 gün ərzində Azərbaycan Ordusu işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi. Şuşanın azad olunması müharibənin hərbi-siyasi taleyini müəyyənləşdirən əsas hadisələrdən biri oldu.

10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşma ilə müharibənin aktiv mərhələsi dayandırıldı. Lakin bu, Azərbaycanın qarşısında duran bütün məsələlərin avtomatik həll edilməsi demək deyildi.

Əksinə, qarşıdakı üç il ərzində Azərbaycanın suverenliyinin tam bərpasına aparan daha mürəkkəb siyasi və hərbi proses başladı.

44 günlük Zəfərdən 20 sentyabra gedən yol

2020-ci ildən sonra Azərbaycan öz ərazilərində təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımlar atdı.

2022-ci ildə Fərrux istiqamətində həyata keçirilən əməliyyat, həmin ilin avqustunda “Qisas” əməliyyatı, Sarıbaba və digər yüksəkliklərdə nəzarətin təmin olunması Azərbaycanın öz suveren ərazisində hərbi təhlükəsizliyi təmin etmək əzmini nümayiş etdirdi.

Bu addımların hər birinin mahiyyətində eyni prinsip dayanırdı: Azərbaycanın ərazisində qanunsuz silahlı qüvvələrin mövcudluğu davam edə bilməz. 

Paşinyan hakimiyyətinin separatizmə dəstəyi

2022-ci ilin Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sonrakı proseslər bu mövqenin praktiki müstəvidə tam reallaşmadığını göstərirdi. Bununla yanaşı, Paşinyan hakimiyyəti tərəfindən Qarabağdakı separatçı struktura siyasi və maliyyə dəstəyi verilməsi, onun beynəlxalq müstəvidə gündəmdə saxlanmasına çalışması, müxtəlif xarici siyasətçilərin bölgəyə səfərlərinə şərait yaradılması və separatçı rejimin təbliğ edilməsi problemin həllini çətinləşdirirdi. 

Üstəlik, Laçın yolu ilə Ermənistandan separatçılara silah-sursat, minalar danışırdı. Moskvadan xüsusi tapşırıqla göndərilən Vardanyana da Qarabağa gəlmək üçün yol açan məhz Paşinyan hakimiyyəti idi. 

2023-cü il sentyabrın 2-də baş verənlər isə Paşinyanın sadəcə üzdə “sülh göyərçini” obrazı yaratdığını bir daha sübuta yetirdi. Ermənistan Baş naziri həmin gün qondarma rejimin “müstəqillik bəyannaməsinin qəbul günü” ilə bağlı təbrik məktubu yayımladı. Bununla da Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanatının sadəcə sözdə olduğunu nümayiş etdirdi.

Beləcə 2023-cü ilin sentyabrına qədər Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələr qalmaqda davam etdi.

19 sentyabr – son hədd

2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələrin təxribatlarına cavab olaraq lokal xarakterli antiterror tədbirlərinə başladı.

Əməliyyatın əsas məqsədi Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoymaq və konstitusiya quruluşunu bərpa etmək idi.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat cəmi 24 saatdan bir qədər artıq müddətdə əsas hərbi nəticəyə gətirib çıxardı. Qarabağdakı qanunsuz silahlı birləşmələr silahı yerə qoyaraq təslim olmağa məcbur oldular.


20 sentyabr isə Azərbaycan tarixində ərazi bütövlüyünün və suverenliyin tam bərpasının rəmzinə çevrildi.

Çünki 2020-ci ildə Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etmişdisə, 2023-cü ilin sentyabrında ölkənin bütün ərazisi üzərində konstitusion hakimiyyət və dövlət suverenliyi tam təmin edildi.

Separatizmin sonu

Antiterror tədbirlərinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan ərazisində uzun illər fəaliyyət göstərmiş separatçı rejimin faktiki mövcudluğunun sona çatması oldu.

Sentyabrın 28-də separatçı qurumun fəaliyyətini dayandıracağını elan etməsi ilə Azərbaycan ərazisində qanunsuz siyasi təsisatın mövcudluğu da başa çatdı.

Bu, təkcə hərbi nəticə deyildi. 30 ildən artıq müddətdə Azərbaycanın ərazi bütövlüyünə qarşı formalaşdırılmış separatçı siyasi-hərbi mexanizm aradan qalxdı. Bununla da uzun illər davam edən “status”, “aralıq status”, “xüsusi idarəçilik” və digər modellər ətrafında aparılan müzakirələrin də faktiki əsası aradan qalxdı.

Separatizmin hüquqi məsuliyyəti

Antiterror əməliyyatından sonra separatçı qurumun bir sıra keçmiş rəhbərlərinin saxlanılması və onların barəsində cinayət işlərinin başlanması da prosesin digər mühüm istiqamətini təşkil etdi. Çünki məsələ ərazi bütövlüyünün bərpası ilə yekunlaşa bilməzdi. İllərdir Azərbaycan xalqına, təbii sərvətlərimizə qənim kəsilmiş cinayətkarlar layiqli cəzalarına çatmalı idilər. 

Beləcə “Nürnberq məhkəməsi” adlandırılan proses başladı. Hərbi cinayətkarlar hakim qarşısına çıxarıldı, aylarla davam edən məhkəmə prosesində onların törətdiyi əməllər bir-bir sübuta yetirldi. Yekunda onlar da layiqli cəzalarına çatdılar. Bu baxımdan 2023-cü ilin sentyabrından sonrakı mərhələ yalnız hərbi qələbənin möhkəmləndirilməsi deyil, həm də uzun illər ərzində baş vermiş hadisələrin hüquqi qiymətləndirilməsi dövrü kimi yadda qaldı.

Vaşinqton – hərbi qələbənin diplomatik təsdiqi

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə münaqişənin faktiki hərbi-siyasi əsası aradan qalxdı. Bu qələbə Paşinyanın da separatizmi davam etdirmək üçün oynadığı oyunlara birdəfəlik son qoydu.

Bundan sonra əsas məsələ iki ölkə arasında münasibətlərin sülh müqaviləsi ilə hüquqi çərçivəyə salınması oldu. Əlində heç bir rıçakı qalmayan Paşinyan hakimiyyəti sülh yolunu seçməyə məcbur qaldı.  

Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda yeni mərhələyə qədəm qoydu. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı və tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm siyasi nəticə əldə edildi. Beləcə İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan müharibədən sonra sülhü də qazandı. 

20 sentyabrın tarixi mənası

20 sentyabr tarixi 1980-ci illərin sonundan başlayan münaqişə tarixinin Azərbaycan üçün yeni mərhələyə keçdiyi gündür. Həmin gün Azərbaycan ərazi bütövlüyü tam təmin olundu. Artıq üçüncü ildir ki, 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu baxımdan 20 sentyabr 2023-cü il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.

Zəfərin əsas dayağı – güclü dövlət və xalq birliyi

Azərbaycanın son beş ildə keçdiyi yolun əsas xüsusiyyəti hərbi və diplomatik nəticələrin bir birini tamamlamasıdır.

2020-ci ilin Vətən müharibəsi Azərbaycanın hərbi potensialını nümayiş etdirdi. 2023-cü ilin antiterror əməliyyatı ölkənin öz suveren ərazisində təhlükəsizlik və konstitusiya quruluşunu təmin etmək imkanını göstərdi. 2025-ci ildə Vaşinqtonda əldə olunan nəticələr isə müharibədən sonrakı siyasi mərhələnin yeni istiqamətini müəyyənləşdirdi.

Bu proseslərin hər birində əsas faktor dövlətin ardıcıl siyasəti, ordunun gücü və cəmiyyətin milli həmrəyliyi oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasətin əsas xətti isə dəyişməz qaldı: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç vaxt müzakirə predmeti olmadı.

Bu gün 20 sentyabr məhz həmin prinsipin tarixi nəticəsini ifadə edir.

Azərbaycan 30 ilə yaxın davam edən işğalın yaratdığı reallığı dəyişdi. Qarabağda separatizmin siyasi-hərbi infrastrukturu aradan qaldırıldı, dövlət suverenliyi bərpa edildi və regionun gələcəyi üçün yeni siyasi mərhələ açıldı. Azərbaycanın qazandığı bu Zəfər İlham Əliyevin liderlik fenomeninin, uzunmüddətli dövlət strategiyasının, hərbi gücün, diplomatik iradənin və milli birliyin birlikdə yaratdığı nəticədir. Əminliklə deyə bilərik ki, sözügedən faktorlar gələcəkdə də bizi daha böyük qələbələrə aparacaq.

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - FOTO

Prezidentin sosial hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - FOTO

Sumqayıtda ərini bıçaqlayan qadınla bağlı bəzi DETALLAR

Sumqayıtda ərini bıçaqlayan qadınla bağlı bəzi DETALLAR

Bilgəhdə 2 nəfər dənizdə nəzarətsiz ərazidə batdı

Bilgəhdə 2 nəfər dənizdə nəzarətsiz ərazidə batdı

Şamaxıda Üzüm və Şərab Festivalı başladı – FOTO/VİDEO

Şamaxıda Üzüm və Şərab Festivalı başladı – FOTO/VİDEO

Polis 40 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis 40 kiloqramdan çox narkotik vasitə aşkarladı

Azərbaycanda 23 modul və konteyner tipli məktəb binası quraşdırılacaq

Azərbaycanda 23 modul və konteyner tipli məktəb binası quraşdırılacaq

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - VİDEO

Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - VİDEO

Formula 1-ə görə Bakı aeroportu gücləndirilmiş iş rejiminə KEÇİR - FOTO

Formula 1-ə görə Bakı aeroportu gücləndirilmiş iş rejiminə KEÇİR - FOTO

Göygölə dolu yağdı - FAKTİKİ HAVA

Göygölə dolu yağdı - FAKTİKİ HAVA

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib - FOTO -VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib - FOTO -VİDEO

Premyer Liqa klubu Ronaldonu geri qaytardı

Premyer Liqa klubu Ronaldonu geri qaytardı

24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO

Bakıda qadın turisti oteldə qarət etdi

Bakıda qadın turisti oteldə qarət etdi

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat etdi

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat etdi

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Uzun illər sonra efirə qayıdır

Uzun illər sonra efirə qayıdır

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

End of content

No more pages to load

RADİO