Bakıda hindistanlı turist oteldə qarət edilib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən “Nemi” otelində baş verib.
İttiham aktında qeyd olunur ki, himayəsində azyaşlı övladı olan 27 yaşlı Şəms Rzayeva (şərti adla) gecə klublarının birində tanış olduğu Hindistan vətəndaşı ilə görüşmək üçün onun müvəqqəti qaldığı otelə gedib.
Turistin hamam otağına keçməsindən istifadə edən Ş.Rzayeva onun çantasından 1100 dollar (1870 manat) pulu götürərək oteli tərk edib.
Rzayeva zərərçəkmiş şəxsin polisə şikayətindən sonra saxlanılıb.
Məhkəmə Ş. Rzayevanın 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və elektron nəzarət sisteminin tətbiq olunması barədə hökm çıxarıb.
Bizim.Media