“İmişli" klubu futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə bölgə klubunun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.
Bizim.Media