Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

Ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirilir. Belə ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir. 

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir. 

Bununla yanaşı, Ağdərədə yerləşən 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir.

“Həsənriz” yarımstansiyası  istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli “Kəlbəcər–Həsənriz” ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.

Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni “Qozlukörpü” Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. 

Beləliklə,  Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrildiyi kimi Ağdərə də, Qarabağ iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Uzun illər sonra efirə qayıdır

Uzun illər sonra efirə qayıdır

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Robot mürəkkəb döyüş hərəkətlərini necə öyrəndi? – VİDEO

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir- Video

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

SOCAR Neftçilər Gününə həsr olunmuş videoçarx təqdim etdi – VİDEO

TƏCİLİ! Bakıda yaşayış binasında güclü yanğın başlayıb - VİDEO

TƏCİLİ! Bakıda yaşayış binasında güclü yanğın başlayıb - VİDEO

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

Sumqayıtda 67 yaşlı kişi BIÇAQLANDI - Arvadı şübhəli bilinir

Sumqayıtda 67 yaşlı kişi BIÇAQLANDI - Arvadı şübhəli bilinir

İtinizi gəzdirərkən bu səhvləri etməyin – Mütəxəssislərdən məsləhətlər

İtinizi gəzdirərkən bu səhvləri etməyin – Mütəxəssislərdən məsləhətlər

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Həkəri çayında batan şəxsin meyiti tapıldı

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Avarçəkənlər Olimpiadada timsahlarla yarışacaqlar

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Alimlərdən uşaqlara vacib tövsiyə – Beyin sağlamlığı üçün bunu edin

Əl ilə yazmaq yaddaşı gücləndirir

Əl ilə yazmaq yaddaşı gücləndirir

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı- VİDEO

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Bağırsağı yaxşılaşdırmaq üçün 7 qızıl qayda – Mütəxəssisdən tövsiyələr

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Minlərlə qaranquş səmada “quş tornado”su yaratdı – VİDEO

Vətən torpağında son döyüş... – FOTO

Vətən torpağında son döyüş... – FOTO

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

DİQQƏT! Formula-1-ə görə bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir – SİYAHI

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM

End of content

No more pages to load

RADİO