Elm və Təhsil Nazirliyinin nəzdində Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satın alınması ilə bağlı tender elan edib.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, prosedurda iştirak haqqı 1.907,46 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 30 oktyabr 2026-cı il saat 16:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 30 oktyabr saat 16:00-da (GMT+4) baş tutacaq.
Bizim.Media