İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib.

Bildirildi ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.
 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.


Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.

Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.

Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.

“Ağbulaq-1” Su Elektrik Stansiyası

Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir.
 

Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.


“Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.

“Ağbulaq-2” Su Elektrik Stansiyası

Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib. Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib.


"Ağbulaq-2" SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.

"Şeylanlı" Su Elektrik Stansiyası

Laçın rayonunda inşa edilən 4 MVt gücündə "Şeylanlı" Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.

Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.
 

"Şeylanlı" SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.


Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

Hansı tibb işçiləri təlimlərdən pulsuz yararlana biləcək? – Rəsmi AÇIQLAMA

ABŞ-dan İrana ULTİMATUM

ABŞ-dan İrana ULTİMATUM

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

İslandiyada dəmir yolu niyə yoxdur? – Qəribə SƏBƏB

Misli görünməmiş uğur qazanacaq bürclər

Misli görünməmiş uğur qazanacaq bürclər

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

UEFA-nın yenilənən reytinqi-Klublarımız neçəncidir?

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Şotlandiya qraflığında MİSTİK KÖRPÜ – Heyvanlar bu körpüdən niyə atılır? – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

20 yaşlı Fatiməni qətlə yetirən qohumu Batumidə SAXLANILDI – VİDEO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Ukrayna bir gecədə 28 rus gəmisini VURDU – Azova giriş BAĞLANDI – VİDEO

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

22 yaşlı Aminin həyatını itirdiyi qəzanın ANBAAN VİDEOSU

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Monqolustan Prezidentinə MƏKTUB

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İlham Əliyev Laçında üç su elektrik stansiyasının açılışında iştirak etdi – FOTO

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

İran elmi sektora dəyən ZƏRƏRİ AÇIQLADI

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində - FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

“Azərbaycanın dialoq platformaları təzyiqlərlə üzləşən insanların səsini daha geniş auditoriyaya çatdırır” – FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

Prezident “Həkəriçay” su anbarının təməlqoyma mərasimində - FOTO

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

“Kamran” şadlıq evində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirildi - ÖZƏL

End of content

No more pages to load

RADİO