2800 illik tarixin İZİ İLƏ - Ağalıqtəpədə böyük arxeoloji SİRR AÇILDI – FOTO

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində aparılan beynəlxalq arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinə işıq salır. Bakı-Qazax -Qırmızı körpü magistral yolunun yaxınlığında, Qədim İpək yolunun üzərində yerləşən, təxminən 6 hektar sahəni əhatə edən Ağalıqtəpə qədim yaşayış yerində “Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyası” tərəfindən genişmiqyaslı tədqiqatlara başlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə bu il aprelin 6-dan etibarən qazıntı sahəsi 300 kvadratmetrə çatdırılan bu unikal abidə, bölgənin qədim və zəngin keçmişini fərqli rakurslardan ortaya qoymağa imkan verir.

2800 illik tarix...

Arxeoloji tapıntılar Ağalıqtəpənin erkən dəmir dövründə (e.ə. 8-7-ci əsrlər) olduqca intensiv məskunlaşma mərkəzi olduğunu sübut edir. Tədqiqatlar zamanı çiy kərpicdən hörülmüş yaşayış otaqlarının divarları, döşəmələr, ocaq yerləri, çoxsaylı təsərrüfat quyuları və iri həcmli küplər aşkarlanıb. Ərazidən tapılan metal çalarları isə qədim sakinlərin burada böyük bir metaləritmə kürəsinə malik olduqlarını və yerli əhalinin tələbatını tam ödəyəcək səviyyədə metal istehsal etdiklərini göstərir.


Tarixçi İsmayıl Omarlı ərazinin stratiqrafik əhəmiyyətini vacib hesab edir:


"Mədəni təbəqənin yatımı çox dəyərli artefaktlar qazandırır. Çiy kərpicdən hörülmüş divarlar və ocaq izləri burada əhalinin intensiv şəkildə yaşadığını göstərir. Qazıntılarda əsas məqsədimiz Xocalı-Gədəbəy mədəniyyətinin yayılma arealını, o dövrkü yaşam tərzini və insanların hərəkət aspektlərini dərindən öyrənməkdir."

Qədim abidənin yeni elmi izi

Ağalıqtəpə təkcə yerli alimlərin deyil, Avropa arxeoloqlarının da böyük diqqət mərkəzindədir. Orta Kür hövzəsinin öyrənilməsi baxımından abidənin strateji önəmi var.


Almaniya arxeoloji ekspedisiyasının rəhbəri Martin Gruber müştərək işin elmi əhəmiyyətini yüksək qiymətləndirir:


"Kür hövzəsinin orta axarında yerləşən arxeoloji abidələrin tədqiq edilməsi bu gün olduqca aktualdır. Ağalıqtəpə unikal bir yaşayış yeridir. Azərbaycanlı həmkarlarımızla apardığımız birgə qazıntıları elmi əməkdaşlıq baxımından çox faydalı hesab edirəm. Maraq dairəmizdə olan bu abidə eyni dövrə aid digər tapıntıların araşdırılmasında yeni bir istiqamətdir və tədqiqatlarımız gələn il də davam etdiriləcək".

Ekspedisiyanın alman heyətini təmsil edən arxeologiya üzrə mütəxəssis Dari Dubetski isə işin texniki və elmi tərəflərini izah edərək ərazinin arxeoloji tapıntılar baxımından əvəzsiz sayır:

"Tədqiqatlarımız uğurla davam edir. Radiokarbon analizlərini ərazidən götürülmüş sümük və kömür fraqmentləri əsasında aparırıq. Arxeoloji qazıntılar birgə memoranduma uyğun idarə olunur və nəticələr birlikdə müzakirə edilir. Artıq tapıntıların və qazıntıların nəşri prosesinə start verilmişdir. Birgə işləməkdən və bu bölgənin füsunkar təbiətində araşdırma aparmaqdan çox məmnunam. Xüsusilə mədəni təbəqənin müxtəlif dərinliklərində tapılan tikinti qalıqları böyük maraq doğurur".


Uşaq və böyüklərə məxsus insan skeletləri


Qazıntılar zamanı alimləri ən çox təəccübləndirən məqam isə yer səthindən cəmi 40-60 sm dərinlikdə aşkarlanan insan skeletləri olub. İlkin ekspertizalar bu qəbirlərin abidənin əsas tarixi ilə üst-üstə düşmədiyini üzə çıxarıb.


AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov bu tapıntı barədə maraqlı faktlar açıqlayır:


"Abidənin üst qatlarında, təxminən 40-60 sm dərinlikdə uşaq və böyüklərə aid insan skeletləri aşkar etdik. Lakin ilkin mülahizələrimiz onu deməyə əsas verir ki, bu qəbir yerləri abidənin məxsus olduğu qədim dövrlə səsləşmir. Yəni bunlar Erkən Dəmir dövrünün skeletləri deyil. İlkin təxminlərimizə görə, bu qəbirlər hardasa yaxın keçmişə — 18-19-cu əsrlərə aid olan bir qəbiristanlığın qalıqlarıdır".

Ağalıqtəpədə aparılan bu genişmiqyaslı tədqiqatlar həm Azərbaycanın qədim metallurgiya və oturaq təsərrüfat mədəniyyətini sübut edir, həm də gələcək beynəlxalq elmi nəşrlər üçün zəngin materiallar qazandırır. Artıq ikinci ildir davam edən bu mühüm tarixi missiya tərəfdaşların qərarına əsasən, növbəti ildə də qaldığı yerdən davam etdiriləcək.














Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Trampın “İran donanması məhv edilib” açıqlamasına Tehrandan REAKSİYA

Trampın “İran donanması məhv edilib” açıqlamasına Tehrandan REAKSİYA

Almaniyada sərnişin Ukrayna dilində danışan şəxslərlə dalaşdı - VİDEO

Almaniyada sərnişin Ukrayna dilində danışan şəxslərlə dalaşdı - VİDEO

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO