Xaçmazda kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə iyulun 10-da saat 22:00 radələrində Xaçmaz şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kamran” şadlıq evində qeydə alınıb.
Məlumata görə, saat 17:00-dan etibarən şadlıq evində keçirilən əsgər yola salma məclisində iştirak edən 21 nəfər bir müddət sonra özlərini pis hiss edib. Onlar saat 23.06-da təcili olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib. Əldə etdiyimiz son məlumata əsasən, vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən zəhərlənən 21 nəfərin hamısı ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu