ABŞ-dan İrana ULTİMATUM

ABŞ İrandan iyulun 11-də Hörmüz boğazında gəmilərə hücumların dayandırıldığını və boğazın açıq qalacağını açıq şəkildə bəyan etməsini tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid üç yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
 

Məlumata görə, bu gün Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Əraqçi ilə Omanın XİN başçısı Bədr əl-Busaidinin Hörmüz boğazı ətrafında yaranmış böhranı müzakirə etmək üçün görüşü planlaşdırılır.


ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton Tehranın məhz bu görüşdən sonra rəsmi bəyanat yayacağını gözləyir.

"Biz istəyirik ki, onlar gəmilərə hücumların dayandırıldığını açıq şəkildə bəyan etsinlər və birbaşa, yaxud dolayı yolla vəziyyəti özlərinin gərginləşdirdiyini etiraf etsinlər", – deyə ABŞ rəsmilərindən biri bildirib.

Onun sözlərinə görə, Vaşinqton həmçinin İranın Hörmüz boğazının açıq qalacağını və beynəlxalq gəmiçiliyin maneəsiz həyata keçiriləcəyini açıqlamasını gözləyir.

Digər ABŞ rəsmisi isə xəbərdarlıq edib ki, əks halda İranı "ciddi nəticələr" gözləyir.

"Əgər onların mövqeyi fərqli olsa, onlar üçün çox çətin gün olacaq", – deyə o vurğulayıb.
 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində İranın Hörmüz boğazında üç ticarət gəmisinə hücumundan sonra Tehranla əldə olunmuş atəşkəsin başa çatdığını açıqlamışdı. Bundan sonra ABŞ İran hədəflərinə yeni zərbələr endirib. Tramp bu əməliyyatları Hörmüz boğazındakı hücumlara "cavab tədbiri" kimi qiymətləndirib.


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirdiyini bəyan edib.

Daha sonra Donald Tramp İranın müraciətindən sonra ABŞ-ın Tehranla danışıqlara razılıq verdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

İdeal sevgiliniz necə olmalıdır?

İdeal sevgiliniz necə olmalıdır?

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

Kremldən CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı YENİ AÇIQLAMA

Kremldən CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı YENİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO