BTQ-nin icraçı direktoru: "Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır"

"Dekolonizasiya prosesinin ən mühüm tərəfdaşlarından biri mediadır".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.

O, dekolonizasiya prosesində təşkilatın həyata keçirdiyi fəaliyyətlər, bu günki "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransla bağlı danışıb:

"Son 3 il ərzində beynəlxalq müstəvidə dekolonizasiya prosesinə ən mühüm töhfə verən tərəflərdən və təşkilatlardan biri məhz Bakı Təşəbbüs Qrupudur. Bu müddət ərzində həyata keçirdiyimiz fəaliyyətlərlə dünya ictimaiyyətini kolonial cinayətlər, siyasətlər, onların fəsadları, dekolonizasiya prosesinin gedişatı ilə bağlı maarifləndirdik.
 

Təşkilatımız tərəfindən fərqli beynəlxalq platformalatda həyata keçirilən fəaliyyətlər nəticəsində dünya ictimaiyyətinin diqqətinə yalnız kolonial cinayətlərin fəsadlarını fərqli müstəvilərdə çatdırdıq. Bu gün BMT, onun institutları, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar tez-tez dekolonizasiya ilə bağlı məsələləri gündəmə gətirirlər. Bu, maarifləndirmə prosesinin nəticəsidir.


Bu proses media nümayəndələri, informasiya agentlikləri tərəfindən də həyata keçirilib. Bakı Təşəbbüs Qrupu və dekolonizasiya prosesinə cəlb olunan bütün tərəflər adından media mənsublarına dərin minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, bu gün bu prosesdə ən mühüm tərəflərdən biri də informasiya agentlikləri və media mənsublarıdır".

Abbas Abbasov qeyd edib ki, bu günki konfrans Bakı Təşəbbüs Qrupunun həyata keçirdiyi belə ikinci təşəbbüsdür.

"2024-cü ildə dənizaşırı ərazilərdə fəaliyyət göstərən media mənsubları üçün kiçik mediatur təşkil etdik. Bu çərçivədə ADA universitetində media mənsublarına təlim keçirildi. Bugünkü konfransda həm xarici, həm də yerli media nümayəndələri iştirak edir, fikir mübadilələri həyata keçirilir. Bu addımlar gələcəkdə dekolonizasiya prosesinə mühüm töhfə verəcək".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

SON DƏQİQƏ: Türkiyənin Qara dəniz sahilində naməlum dron aşkarlandı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırdı: 30 gəmi saxlanıldı

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

Qarpız qabığının sağlamlıq üçün FAYDALARI

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

6,2 milyon dollara banan alan milyarder görün nəyin haqq-hesabını çəkir - FOTO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurdu - VİDEO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Cem Yılmaz xəstəxanadan paylaşım etdi - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Bərdədə qəzada xəsarət alan şəxsin SON DURUMU

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

Mişel Obamanın qızları ilə bağlı etirafı: “Onlar üçün darıxmıram”

İdeal sevgiliniz necə olmalıdır?

İdeal sevgiliniz necə olmalıdır?

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Süni intellektin yaratdığı qadın kişi komplekslərinə tab gətirmir - VİDEO

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

“Putinin məqsədi yalnız Donetsk vilayəti deyil, bütün Ukraynadır”

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

Ukrayna reaktiv “Şahed”ləri vura bilən 4 yeni sistemi sınaqdan keçirdi

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

“Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün taktiki nüvə silahından istifadə etməliyik” - VİDEO

End of content

No more pages to load

RADİO