Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı – VİDEO

İyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tbilisinin Vaşlicvari qəsəbəsində, saat 19 radələrində baş verib. İddiaya görə, bir nəfər Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib.

Bizim.Media xəbər verir ki, Əli Mehdiyevin anası Sevinc Quliyeva Oxu.Az-a açıqlamasında bu barədə danışıb.

O qeyd edib ki, hadisədən sonra yayılan ilkin məlumatlar zərərçəkənin yanında olan şəxslərin dediklərinə əsaslanıb. Oğlunun narkozdan ayıldıqdan sonra danışdıqları isə hadisənin əsl gedişatını ortaya qoyub:

"Oğlum gözünü açan kimi mənə dedi ki, hadisə elə olmayıb. Onun sözlərinə görə, məhəllədə dostu ilə söhbət edirmiş. Dostu ilə həm gürcü, həm də Azərbaycan dilində danışırmışlar. Lakin məhəllədə yaşayan 55 yaşlı Giorgi Tsabudaşvili Azərbaycan dilində danışdığı üçün oğlumu söyməyə başlayıb. Onu şəxsən tanımırıq. Oğlum deyib ki, mən ona cavab qaytaranda əvvəlcə məni vurdu. Mən də ona cavab olaraq vurdum. Bundan sonra o, gedib bıçaq gətirdi və üstümə hücum çəkdi".

S.Quliyevanın sözlərinə görə, hadisə bununla bitməyib. Oğlu canını qurtarmaq üçün qaçmağa çalışsa da, hücum edən şəxs onu təqib edib:

"Əlindən qaçanda da dalınca düşüb. Qaça-qaça oğlumu arxadan da bıçaqlayıb. Bel nahiyəsindən, arxa hissəsindən və qarnından zərbələr endirib. Oğlumun bədənində ümumilikdə beş bıçaq yarası var. Ən ağır zərbələr qarın nahiyəsinə dəyib".

Zərərçəkmişin anası qeyd edib ki, məhəllədə azərbaycanlılar, gürcülər və ermənilər yaşayırlar. Özləri isə rəsmi olaraq Gürcüstan vətəndaşıdırlar. Ana iddia edib ki, hadisəni törədən şəxs azərbaycanlılara qarşı aqressiv münasibəti ilə əvvəllər də tanınıb.

"Sonradan mənə dedilər ki, həmin adam bizim milləti xoşlamır. Bundan əvvəl də məhəllədə başqa uşaqlarla dava edib. Hətta bir uşağı boğmağa cəhd etdiyini də eşitmişik. Oğlum dedi ki, onlara yaxınlaşıb yalnız gürcü dilində danışmalarını istəyib. Halbuki oğlum Gürcüstanda böyüyüb, gürcü dilini çox yaxşı bilir. Sadəcə, dostları ilə söhbət edəndə gürcü və Azərbaycan dillərini qarışıq danışırlar".

S.Quliyeva bildirib ki, hadisə baş verəndə işdə olub, ona telefonla məlumat veriblər:

"Mənə dedilər ki, oğlum onun əlindən qaçandan sonra həmin adam gedib mişar götürüb. Bunu görən qonşulardan biri əlindən almağa çalışıb. Həmin vaxt mişar qonşunun da əlini kəsib".

Hazırda 15 yaşlı Əli Mehdiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

"Uşaq gözünü açıb, danışır, telefonu da əlinə alır. Amma yaraları çox olduğu üçün hələ reanimasiyadan palataya köçürmürlər. Dalağı zədələndiyi üçün götürülüb. Ürəyinin alt hissəsindən də xəsarət alıb. Ağrıları çox olduğundan morfi və digər ağrıkəsicilər vururlar.

Həkimlər vəziyyətinin stabil olduğunu, sağalacağına ümid etdiklərini deyirlər. Bizə dedilər ki, hüquq-mühafizə orqanları oğlumun sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsi saxlayıb, araşdırma aparılır. Amma öyrənmişik ki, həmin şəxsin "dəlilik kağızı" var, bilmirəm, indi proses necə olacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO