“Rusiya nüvə silahına əl ata bilər” – Şair Ramaldanovdan XƏBƏRDARLIQ

“Müharibənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Müasir geosiyasi vəziyyətdə müharibənin ilk günündə onu demək olar ki, Ukraynadakı durum Qərbin müəyyən şəkildə bu vəziyyəti yaratmasından ibarətdir. Hamıya bəlli idi ki, Ukrayna suveren dövlət olsa belə, Rusiya NATO-nun öz suveren sərhədlərinə yaxınlaşmasına imkan verməyəcək. İllərdir ki, bütün beynəlxalq konfranslarda rəsmi Moskva bununla bağlı narahatlığını çatdırıb”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert, ordumuzun ehtiyatda olan polkovniki Şair Ramaldanov qeyd edib.

Belə ki, ekspert Qərbin Rusiyanı elə bir vəziyyətə salıb ki, Moskva üçün geri addım atmaq şansı qalmayıb:

“Rusiya bu yaxınlarda təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavab istədi, lakin buna cavab tapa bilmədi. Bu fonda, Ukraynanı qurban kimi hesab edirəm. Təəssüflər olsun ki, bizə dost ölkə olan Ukrayna elitası geosiyasi vəziyyəti və risklərini nəzərə almadan hərəkət etdi. Onlar Rusiyanın təhlükəsizliyi ilə oynadı. Eyni zamanda Rusiya hansı addımları atacağını da heç vaxt gizlətməyib”, - deyə Şair Ramaldanov vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Ekspertin sözlərinə görə, dövlət başçıları “ayağını yorğanına görə uzatmalıdır”.

Şair Ramaldanov, belə bir çətin vəziyyətdə və Qarabağ məsələsində Prezident İlham Əliyevin atdığı müdrik addımları da uğurlu örnək kimi qeyd edib.

Fikirlərinin davamında ekspert müharibənin mümkün inkişaf ssenarilərindən də danışıb:

“Düşünürəm ki, müharibə bir neçə ssenari üzrə davam edə bilər. Müharibə Rusiya siyasi qarantiyalar əldə edənədək davam edəcək. Ukrayna da, bu məsələdə düzgün mövqe tutmalıdır. Bütün məsələlər Kiyevin NATO-ya üzvlüyü məsələsində dalana dirənib. Ukraynanın silahlanması da onu göstərdi ki, Rusiya buna gözünü yummayacaq. 

Zənnimcə, siyasi müdriklik nümayiş etdirilərsə Rusiya genişlənməni dayandıracaq. Əks təqdirdə, proseslərin bu formada davam edərsə, Moskva məqsədlərinə doğru irəliləməyə davam edəcək. NATO-nun da Ukraynada Rusiyaya qarşı döyüşəcəyinə inanmıram”.

Şair Ramaldanov tərəflərin güc nisbətlərindəki qeyri-bərabərliyi də diqqətə çatdıraraq, proseslərin hansı faciəvi nəticələr doğura biləcəyini də vurğulayıb:

“Güc nisbətini nəzərə alsaq, Ukrayna Rusiya qarşısında iqtisadi, hərbi imkanlarına görə zəif ölkədir. Müharibə Ukraynanı daha da zəiflədəcək və bunun nəticələri gələcək nəsillərə də miras qalacaq. Əlbəttə, istəməzdim ki, Rusiya münaqişəni genişləndirsin. İstərdim ki, elə bir formula tapılsın ki, bu məsələyə son qoyulsun.

Çünki indiki geosiyasi gərginlikdə və silahların inkişafı fonunda belə oyunlar oynamaq təhlükəlidir. Bəzən qeyd olunur ki, 3-cü Dünya Müharibəsi başlayıb, lakin həmin savaş insanlığın sonuna gətirib çıxara biləcək gücdə olacaq.

Biz artıq görürük ki, Rusiya tərəfi ehtiyac olarsa, nüvə silahından istifadə edəcəyi haqqında açıq-aydın fikrini bildirib. Deyərdim ki, ona da gedəcəklər. Düşünürəm ki, dünya da artıq bu məsələnin həlli yolunu tapmalıdır.

Bu yol çox sadədir: Qərb və NATO Ukrayna xalqını gözləyən faciəni dərk edərək, Rusiya ilə danışıqlara getməli və təhlükəsizliklə bağlı müəyyən zəmanətlər verməlidirlər. Belə olan halda, məsələlər siyasi çərçivəyə qayıda bilər. Əks halda Ukraynanı faciə gözləyir və bu faciə Ukrayna ilə bitməyəcək”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

İsrail HƏMAS komandirini MƏHV ETDİ

İsrail HƏMAS komandirini MƏHV ETDİ

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

End of content

No more pages to load

RADİO