Kolumbiyanın Pereyra şəhərində xilasedicilər 7,4 maqnitudalı zəlzələdən sonra dağıntılar altında 36 saat qalan 32 yaşlı Daniela Larqonu sağ çıxarıblar.
Bizim.Media xəbər verir ki, xilasetmə əməliyyatı təxminən 10 saat davam edib.
Əvvəlcə xilasedicilər yuxarıdan açdıqları dəlik vasitəsilə qadına oksigen veriblər. Daha sonra isə aşağıdan qazılmış tunel vasitəsilə onu dağıntıların altından çıxarıblar.
Larqonun yeri yerli sakinlərdən birinin onun kömək çağırışlarını eşitməsindən sonra müəyyən edilib. Xilasetmə zamanı kameradan istifadə olunub. Əməliyyata Pereyra yanğınsöndürənləri, Boqotadan gələn həmkarları və Milli Polis əməkdaşları cəlb olunub.
Kolumbiya Prezidenti Abelardo de la Espriella hadisəni “bizə ümid verən xəbər” adlandırıb.
Larqonun anası isə bildirib ki, qadını evdə 12 yaşlı oğlu gözləyir.
Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində azı 188 nəfər həyatını itirib, yüzlərlə insan isə itkin düşmüş hesab olunur.
Bizim.Media