Salvador sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Çirilagua şəhərindən 69 kilometr cənub-qərbdə, ocağı isə 56 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media