İrlandiyalı atlet Mark İnqliş Birmingemdə keçirilən Avropa çempionatında 800 metr məsafəyə qaçış üzrə turnirin yeni rekordunu müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, 33 yaşlı idmançı yarımfinal qaçışında məsafəni 1 dəqiqə 43,49 saniyəyə qət edib.
Avropa çempionatlarının əvvəlki rekordu (1 dəqiqə 43,84 saniyə) almaniyalı Olaf Beyerə məxsus olub. O, bu nəticəni 1978-ci ilin avqustunda Praqada keçirilən yarışda göstərib.
Beləliklə, İnqliş 48 il əvvəl müəyyənləşdirilmiş rekordu 0,35 saniyə yaxşılaşdırıb.
Qeyd edək ki, Mark İnqliş 800 metr məsafədə Avropa çempionatlarının ikiqat bürünc medalçısıdır. O, 2014 və 2022-ci illərdə bu nəticəyə imza atıb.
Bizim.Media