ABŞ-ın Texas ştatının mərkəzi hissəsində "AH-64 Apache" tipli hərbi helikopter qəzaya uğrayıb.
Bizim.Media “Clashreport”a istinadən xəbər verir ki, bu barədə yerli şerif idarəsinin nümayəndələri bildiriblər.
Məlumata əsasən, helikopterin göyərtəsində olan iki nəfər həlak olub. Hadisə zamanı yerdə olan şəxslər arasında xəsarət alan olmayıb.
Hadisədən sonra helikopter yanıb. Bununla əlaqədar olaraq, yerli hakimiyyət orqanları hadisə ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Bizim.Media