Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov Çinin Sincan Uyğur Muxtar Rayonunun Kuça şəhərində başa çatan “2026 The Belt and Road China International Chess Open” beynəlxalq şahmat turnirinin A qrupunda qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə İdman.Biz məlumat yayıb.
 

Rəsulov 9 mümkün xaldan 7 xal toplayaraq turnirdə vahid lider olub. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilib, A qrupunda iştirakçıların orta reytinqi 2308 təşkil edib.


Azərbaycanlı şahmatçı turnirə ardıcıl iki heç-heçə ilə başlayıb. Üçüncü turda ilk qələbəsini qazanan Rəsulov dördüncü turda heç-heçə edib, beşinci turdan səkkizinci tura qədər isə ardıcıl 4 partiyada qalib gəlib.

Sonuncu – doqquzuncu turda Rəsulov ABŞ qrossmeysteri Qata Kamski ilə heç-heçə edib və bununla da vahid liderliyini qoruyub.

Beləliklə, Rəsulov turniri məğlubiyyətsiz başa vurub: onun aktivində 5 qələbə və 4 heç-heçə olub.

Son oyun günündə Rəsulov qara fiqurlarla Kamskiyə qarşı mübarizə aparıb. Turnirə 2595 reytinqlə başlayan Kamski 6 xalla üçüncü yeri tutub.

İkinci yeri 6,5 xal toplayan Çin təmsilçisi Van Şisüy tutub.
 

Rəsulov üçün bu nəticə turnirin iştirakçı heyəti nəzərə alınmaqla xüsusilə diqqətçəkəndir. Belə ki, turnirin start siyahısında onun reytinqi 2538 olub və o, reytinq baxımından Kamskidən geri qalırdı. Lakin 9 turun yekununda məhz azərbaycanlı şahmatçı birinci olub. Yekun cədvəldə Rəsulovun reytinqi artıq 2551 göstərilib.


“The Belt and Road China International Chess Open” Çin Şahmat Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. A qrupunda Azərbaycan, Çin, Fransa, Almaniya, Hindistan və Rusiyadan olan şahmatçılar da daxil olmaqla güclü beynəlxalq heyət mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO