İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

Bakı Slavyan Universiteti (BSU) “İbtidai sinif müəllimliyi” və “İngilis dili müəllimliyi” ixtisaslarını seçən oğlan tələbələrə təqaüd verəcək. Bu addımın məqsədi pedaqoji sahədə gender balansını qorumaqdır. Məlumdur ki, humanitar istiqamətlərdə tələbələrin 79,7 faizini qadınlar, 20,3 faizini kişilər təşkil edir. Texniki sahələrdə isə vəziyyət əksinədir. Burada tələbələrin 62,9 faizi kişilərdən, 37,1 faizi qadınlardan ibarətdir.

Bəs oğlanları müəllimliyə cəlb etmək üçün təqaüd nə dərəcədə effektiv ola bilər?

Təhsil eksperti Afərim Seyidova məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, təkcə təqaüd problemi həll edə bilməz:

“Oğlan abituriyentlərin pedaqoji ixtisaslara marağının ümumiyyətlə olmadığını deməzdim. Hazırlıq prosesində də görürük ki, müəyyən ixtisaslara, xüsusilə tarix müəllimliyinə oğlanların marağı var. Lakin bəzi pedaqoji ixtisaslarda gender balanssızlığı müşahidə olunur.

Oğlan tələbələrə əlavə təqaüd verilməsi müəyyən qədər marağı artıra bilər. Ancaq düşünmürəm ki, bu addım tək problemi həll etsin. Burada pedaqoji peşənin nüfuzu, gələcək karyera imkanları və əmək bazarındakı perspektivlər də mühüm rol oynayır. Məsələn, müəllimlikdə işə qəbul prosesi və MİQ imtahanı ilə bağlı narahatlıqlar da gənclərin seçimlərinə təsir edir”.

“Oğlanların sayının pedoqoji ixtisaslarda artırıldığı kimi qızlar texniki sahələrə cəlb olunmalıdır”

A.Seyidovanın fikrincə, məktəb yaşlarından müəllimlik peşəsinə marağın formalaşdırılması, pedaqoji sahədə uğur qazanan şəxslərin daha çox tanıdılması və peşənin cəmiyyətdə nüfuzunun artırılması da vacibdir.

Ekspert bildirir ki, gender balansını yalnız oğlanları pedaqoji ixtisaslara cəlb etməklə həll etmək düzgün yanaşma deyil. Eyni zamanda qızların da teniki ixtisaslara yönləndirilməsi məqsədəuyğundur.

Kişi müəllimin ibtidai sinif uşaqlarına hansı təsiri ola bilər?

Psixoloq Aytən Ələkbərova qeyd edir ki, burada əsas məsələ müəllimin kişi olması deyil, onun pedaqoji və emosional səriştəsidir. Onun sözlərinə görə, müəllim uşaqlarla düzgün ünsiyyət qura, sərhədləri qoruya və emosional baxımdan əlçatan ola bilməlidir”

“Kişi müəllim uşaqlara qayğı, səbir, ədalət, məsuliyyət və sərhədlərin fərqli şəkildə nümayiş etdirildiyi bir model təqdim edə bilər. Xüsusilə ataları ilə ünsiyyəti məhdud olan uşaqlar üçün belə bir müəllim modeli əhəmiyyət daşıya bilər. Qız uşaqları baxımından da kişinin yalnız sərt və avtoritar deyil, eyni zamanda qayğıkeş, səbirli və emosional baxımdan əlçatan ola biləcəyini görmək gələcəkdə sağlam münasibət modelinin formalaşmasına kömək edə bilər.

Digər tərəfdən, kişi müəllimin sinifdə olması intizam və sərhədlərin qorunmasına da müsbət təsir göstərir. Əsas məsələ uşaqlarla qorxu üzərindən deyil, qarşılıqlı anlaşma və düzgün ünsiyyət əsasında münasibət qurmaqdır. Bu baxımdan müəllimin davranış modeli uşağın təhlükəsizlik və güvən hissinə birbaşa təsir edir”.

İbtidai siniflərdə kişi müəllimlərin olması uşaqlar üçün faydalı model yarada bilər

A.Ələkbərova həmçinin vurğulayır ki, bütün bunları kişi müəllimlərin qadın müəllimlərdən daha üstün olması kimi qiymətləndirmək düzgün deyil.

Əsas fərq müəllimin cinsində deyil, uşağın psixologiyasını və yaş xüsusiyyətlərini bilməsində, pedaqoji və emosional ehtiyaclarını qarşılamasındadır:

“Məktəb illərində bunun bir nümunəsini müşahidə etmişəm. İngilis dili dərslərində qadın müəllimin aqressiv yanaşması məndə həmin fənnə qarşı qorxu yaratmışdı. Daha sonra kişi müəllimin dərsində fərqli yanaşma gördüm və həmin qorxu aradan qalxdı. Beləliklə, ingilis dilinə marağım artdı və sonrakı illərdə bu fənn üzrə uğurlu nəticələr əldə etdim.

Ona görə də istər qadın, istərsə də kişi müəllim olsun, əsas şərt uşağın emosional təhlükəsizliyini təmin etmək, düzgün ünsiyyət qurmaq və pedaqoji yanaşmanı düzgün seçməkdir”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

İsrail HƏMAS komandirini MƏHV ETDİ

İsrail HƏMAS komandirini MƏHV ETDİ

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

End of content

No more pages to load

RADİO