Azərbaycanlı deputatların İrəvana səfəri BAŞA ÇATDI  

Avronest Parlament Assambleyası iclasında iştirak etmək üçün Ermənistanda olan Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Tahir Mirkişili öz “Facebook” hesabında paylaşım edib. 

“Çətin və mürəkkəb bir səfər idi. Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər”. 
 

MÖVZU İLƏ BAĞLI:

Tahir Mirkişilidən ERMƏNİLƏRƏ: “Əgər revanşist fikirlərə düşsəniz...”


Deputat qeyd edib ki, Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansı olub:

“Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür.

Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq.

Reallıq bundan ibarətdir ki, biz regionun ən güclü və ən aparıcı ölkəsiyik. Bizim Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər həmrəydir.

Bütün bu üstünlüklərdən istifadə edərək, biz Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik, və bunu onlar da doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. Bizim səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında müsbət rol oynadı.

Amma eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt cavab verməyə də həmişə hazır olmalıyıq, bizim güclü dövlət olaraq sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə çevriləcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Sara Əzimovaya yeni VƏZİFƏ VERİLDİ

Sara Əzimovaya yeni VƏZİFƏ VERİLDİ

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Bakıda FACİƏ: Gənc oğlan və qız dəm qazından zəhərləndi, biri həyatını itirdi

Bakıda FACİƏ: Gənc oğlan və qız dəm qazından zəhərləndi, biri həyatını itirdi

Dünyanın ən böyük pazlını yığdı: Qarajda 9 metrlik masa düzəltdi - FOTO

Dünyanın ən böyük pazlını yığdı: Qarajda 9 metrlik masa düzəltdi - FOTO

Tramp İran üzərində qələbə elan edəcək? – Detallar AÇIQLANDI

Tramp İran üzərində qələbə elan edəcək? – Detallar AÇIQLANDI

Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

Qırğızıstanda 3 vəzifəli şəxs dövlət çevrilişi etmək istəyib - TƏFƏRRÜAT - FOTO

Kral III Çarlz: “Trampa Britaniya lazım olsa, həmin zəngi çala bilər” - VİDEO

Kral III Çarlz: “Trampa Britaniya lazım olsa, həmin zəngi çala bilər” - VİDEO

Şahin Mustafayev Ermənistana getdi - FOTO

Şahin Mustafayev Ermənistana getdi - FOTO

Pensiya ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı rəsmi məlumat

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

End of content

No more pages to load

RADİO