Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yaydılar

Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda bildirilib ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir:

“Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə yetirilməsi ilə müşayiət olunan Xocalının işğalını qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamı törətmiş cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.

Bəyanat müəllifləri hesab edirlər ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var.

“Biz tərəflərə regionun bərpasında güc diləyir və müxtəlif icmalar arasında sıx əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının sabit sülhün təmin edilməsinə, işğaldan azad edilmiş ərazilərin inteqrasiyasına və bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, - estoniyalı deputatlar vurğulayıblar.

Qeyd edək ki, Sven Sesterin başçılıq etdiyi deputat qrupuna Xocalı soyqırımının 30-cu ildönümünə münasibət bildirməsi təşəbbüsü ilə Estoniya- Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev müraciət edib.
Bəyanat Riyqikoqunun rəsmi saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

İsrail HƏMAS komandirini MƏHV ETDİ

İsrail HƏMAS komandirini MƏHV ETDİ

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

End of content

No more pages to load

RADİO